Nazir: “Pensiyanı ənənəvi qaydada versə idik, məbləğ indikindən iki dəfə aşağı olacaqdı”

Nazir: “Pensiyanı ənənəvi qaydada versə idik, məbləğ indikindən iki dəfə aşağı olacaqdı”

“Azərbaycan hökuməti son üç il ərzində üç böyük sosial layihəyə beş milyard manatdan artıq vəsait ayırıb”.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, ölkədə ildən-ilə orta və yuxarı gəlirli şəxslərin imkanları yaxşılaşır, lakin dövlət ən aşağı gəlirli insanlara dəstək verir:

“Ölkədə son illər sosial ödənişlər 65 faiz artıb. Bu gün 700 mindən çox pensiyaçının əlavəsini vermək üçün xərcləri dövlət üzərinə götürüb. Əgər biz ənənəvi qayda ilə pensiyaların verilməsini davam etdirsəydik, o zaman məbləğ indikindən iki dəfə aşağı olacaqdı”.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az