Ölkə üzrə inək və camışların sayında 0,4 faiz artım olub

Ölkə üzrə inək və camışların sayında 0,4 faiz artım olub

İlkin məlumatlara görə, 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 37,1 min baş qoyun və keçi, 2 milyon 647,2 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 285,6 min baş inək və camış mövcud olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 52,6 min baş (0,6 faiz), iribuynuzlu mal-qaranın sayı 3,5 min baş (0,1 faiz) azalıb, inək və camışların sayı isə 5,1 min baş (0,4 faiz) artıb. İribuynuzlu mal-qaranın 48,6 faizini inək və camışlar təşkil edir.

2021-ci ildə hər inək və camışdan orta hesabla 1709 kiloqram (2020-ci ildə 1687 kiloqram) süd sağılıb.

 

 

Mənbə: azertag.az