Nazir müavini: "Hazırda güzəştli pensiyalarla bağlı araşdırmalar aparılır"

Nazir müavini: "Hazırda güzəştli pensiyalarla bağlı araşdırmalar aparılır"

"Güzəştli pensiyalarla bağlı qanunvericilik təşəbbüsü yoxdur".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda güzəştli pensiyalarla bağlı müəyyən araşdırmalar aparılır.

Nazir müavini bildirib ki, məsələ ilə bağlı qanunvericilik təşəbbüsü yoxdur: "Hazırda sırf nazirlik daxilində müzakirələr aparılır".

Mənbə: report.az