“Deutsche Bank”ın xalis mənfəəti 10 illik maksimumu yeniləyib

“Deutsche Bank”ın xalis mənfəəti 10 illik maksimumu yeniləyib

Almaniyanın ən böyük banklarından biri “Deutsche Bank” ötən ili 2,5 milyard avro xalis mənfəətlə başa vurub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,387 milyard avro və ya 22,1 dəfə çoxdur. Bununla da, bankın xalis mənfəəti 10 illik maksimumu yeniləyib.

Ötən il “Deutsche Bank”ın investisiya bankçılıq bölməsinin gəliri 2020-ci illə müqayisədə 4 % artaraq 9,6 milyard avroya, xalis gəlirləri isə 6 % artaraq 25,4 milyard avroya çatıb.

Bundan başqa, “Deutsche Bank” 300 milyon avroluq səhmləri geri alacağını və 2021-ci il üçün dividendlər ödəyəcəyini açıqlayıb. Səhm başına 0,20 avro dividend təyin edən bank, səhmlərinin geri alınmasını 2022-ci ilin ilk yarısında tamamlayacaq.

Qeyd edək ki, 2018-ci ilin sonuna bankın 91 737 işçisi olsa da, ötən ilin sonuna bu rəqəm 83 mindən aşağı düşüb.

Xatırladaq ki, “Deutsche Bank” 2019-cu ildə geniş restrukturizasiyadan keçəcəyini və 2022-ci ilə qədər 18 000 işçini işdən çıxaracağını açıqlamışdı.

Mənbə: report.az