Elman Rüstəmov: "Cari əməliyyat balansının qalığı ÜDM-in 10%-nə çata bilər"

Elman Rüstəmov: "Cari əməliyyat balansının qalığı ÜDM-in 10%-nə çata bilər"

"Bu il Azərbaycanda cari əməliyyatlar balansının (CƏB) qalığı ümumi daxili məhsulun (ÜDM) 10%-nə çata bilər".

"Report" xəbər verir ki, keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu, dünya bazarında neftinin 1 barelinin qiymətinin orta hesabla 70 ABŞ dolları (konsensus qiyməti) olması halında mümkündür.

"Əgər qiymət 50 dollar olsa CƏB üzrə qalıq ÜDM-in 4%-i qədər olacaq.

"Profisitli tədiyyə balansı ölkənin valyuta ehtiyatlarının artmasına şərait yaradır", - deyə E.Rüstəmov əlavə edib.

Mənbə: report.az