Ağdama getmək istəyənlərin nəzərinə! - CƏDVƏL

Ağdama getmək istəyənlərin nəzərinə! - CƏDVƏL

30 ildən sonra işğaldan azad olunan ərazilərimizə ən qısa müddətdə getmək istəyirsinizsə, o zaman tələsin.

Day.Az xəbər verir ki, Bakıdan Şuşaya və Ağdama, eləcə də Əhmədbəylidən Ağdama və Şuşaya getmək istəyənlər üçün https://yolumuzqarabaga.az/ internet portalından onlayn şəkildə bilet almaq mümkündür.

Amma biletlər məhdud olduğu üçün bir qədər tələsmək lazımdır. 29-30 yanvar tarixlərinə Şuşaya biletlər satılsa da, 31 dekabrda Şuşa səfərinizi gerçəkləşdirə bilərsiniz.

Bundan başqa, Əhmədbəyli→Şuşa→Əhmədbəyli, Bakı→Ağdam→Bakı, Bərdə→Ağdam→Bərdə reysləri üzrə də elektron qaydada bilet alaraq səfərlərinizi gerçəkləşdirmək mümkündür.

 

Eyni zamanda, fevral ayında da adıçəkilən reyslər üzrə onlayn bilet alaraq 30 illik Ağdam və Şuşanı görmək arzularınızı reallaşdıra bilərsiniz. Qiymətlər isə olduqca ucuzdur. Bakı→Şuşa→Bakı üzrə marşrutun qiyməti gediş-gəliş üzrə 20.80 AZN,

Əhmədbəyli→Şuşa→Əhmədbəyli üzrə 14 manat, Bakı→Ağdam→Bakı reysi üzrə 18 manat 80 qəpik, Bərdə→Ağdam→Bərdə reysi üzrə cəmi 10 manatdır. Tələsin, Şuşa və Ağdam yolunuzu səbirsizliklə gözləyir.

Mənbə: news.day.az