Azərbaycanda bu ilin sonuna qədər “PayPal”, “Google Pay” və “SamsungPay” işləyə bilər

Azərbaycanda bu ilin sonuna qədər “PayPal”, “Google Pay” və “SamsungPay” işləyə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər “PayPal”, “Google Pay” və “Samsung Pay” ödəniş sistemlərinin ölkədə işə başlamasına nail olmaq istəyir.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

"Ötən ilin noyabr ayında AMB-nin təşəbbüsü ilə ölkədə “ApplePay” ödəniş sistemi fəaliyyətə başlayıb. Son 2 ayda banklar vasitəsi ilə 36,1 milyon manat məbləğində 1,1 milyon ədəd ödəniş həyata keçirilib. Buna ictimayyətdə ciddi maraq var. AMB də böyük texnoloji yeniliklərin ölkəmizə gətirilməsində, “PayPal”, “Google Pay” və “Samsung Pay”lə əməkdaşlıqda maraqlıdır. Onlarla danışıqlar aparırıq və ümidvarıq ki, artıq bu il müəyyən nəticələr olacaq", - deyə o, qeyd edib.

Mənbə: report.az