Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda kriptovalyutanın istifadə olunması heç bir halda manatın stabilliyinə təhlükə törətmir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, bəzi ölkələr mərkəzi banklar səviyyəsində bu növ valyutanı dəstəkləyir.

"Azərbaycanda kriptovalyutanın istifadəsi, eləcə də bu sahənin maliyyələşdirilməsini izləmək çətindir, amma ölkədə bu valyutanın istifadəçilərinin müəyyən edilməsi üçün işlər aparılır. Bundan başqa, bəzi məlumatlara görə, Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı çox azdır və onun istifadəsi heç bir halda manatın stabilliyinə təhlükə törətmir" - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Hafiz Məmmədov: “Buraxın, pulu tapıb ödəyim...”

SONRAKI XƏBƏR

Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb