FED-in qərarları manatın məzənnəsinə təsir edə bilər? - RƏSMİ

“Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarlarının Azərbaycana əhəmiyyətli təsiri olmayacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, FED-in qərarları maliyyə bazarlarında müəyyən problemlər yarada bilər, xüsusilə də aşağı faiz dərəcələri çərçivəsində böyük həcmdə xarici maliyyə axınları olan bazarlarda:

“Azərbaycanda belə xarakterdə axınlar yoxdur. Hazırda dünyanın aparıcı mərkəzi banklarının qayğıları qiymətlərin sabitləşməsinə doğru yönəlib. O cümlədən FED-in də növbəti dövrdəki qərarları antiinflyasiya xarakteri daşıyacaq. Bu isə ölkəyə inflyasiya axınının məhdudlaşması baxımından Azərbaycana müsbət təsir göstərəcək”.

Nigar Məmmədova

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Sarayevo hava çirkliliyinə görə dünyanın böyük şəhərləri və paytaxtları siyahısında ilk üçlükdədir

SONRAKI XƏBƏR

Filippin fevralın 1-dən tam peyvənd olunanların ölkəyə gəlişinə icazə verəcək