Ötən il Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

Ötən il Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

Bakı, 28 yanvar, AZƏRTAC

Ötən il Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın keçən il ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Xorvatiya və Almaniya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 9 milyard 243,5 milyon ABŞ dolları, Xorvatiyaya 751,2 milyon dollar, Almaniyaya isə 650,2 milyon dollar təşkil edib.

Mənbə: azertag.az