Vahid Əhmədov: "Ərzaq məhsullarının qiymətinin artımı müəyyən müddət davam edəcək"

“Neftin qiymətinin bahalaşması Azərbaycana, əlbəttə ki, sərf edir, çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. Amma ölkədə ərzaq məhsullarında müşahidə edilən qiymət artımı ilə neftin qiymət dəyişikliyi arasında əlaqə yoxdur. Yəni, neftin qiymətinin artması ərzaq məhsullarının qiymətinin düşməsinə səbəb ola bilməz. İstənilən halda, biz Milli Məclisdə bu məsələ ilə bağlı ciddi addımların atılmasını təklif edib, müzakirəyə çıxarmışdıq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, qiymət artımı ilə mübarizə üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tapşırıq verilib ki, monitorinqlər genişləndirilsin: "Ölkədə süni qiymət artımının qarşısı alınmalıdır. Çünki əsas səbəb budur. Digər səbəb isə Azərbaycanın idxalçı dövlət olması ilə əlaqədardır. Hazırda bütün dünyada qiymət artımı müşahidə edilir. Azərbaycan da məhsul idxal edən dövlət olduğu üçün bundan kənarda qalmır, birbaşa təsirə məruz qalır. Hesab edirəm ki, ölkədə ərzaq məhsullarındakı qiymət artımı müəyyən müddət davam edəcək. Yaxşı ki, neftin qiyməti yüksəkdir ki, büdcəyə əlavə vəsaitlər daxil olur. Üstəlik, Dövlət başçısı tərəfindən müxtəlif sərəncamlar imzalanır və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Hazırda qiymət artımı dünyada ciddi problem olaraq qalır. Hətta Avropa ölkələri məsələ ilə bağlı Avropa Şurasına müraciət edərək qiymətlərin tənzimlənməsinə nail olmaq istəyirlər”.

Nəzrin Cavid

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

"Rusiya istənilən an bir-bir o “minaları” partlada bilər"

SONRAKI XƏBƏR

Şamaxı Rəsədxanasının xidməti mənzilləri kənar şəxslər tərəfindən tutulub