Şəkər tozu ixracı cüzi artıb

Şəkər tozu ixracı cüzi artıb

Keçən il 59,1 min ton şəkər tozu ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 33 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin müvafiq dövründə dəyəri 26,9 milyon dollar olmaqla 60,6 min ton şəkər tozu ixrac edilib.

Mənbə: azertag.az