Bakıda tullantılar çeşidlənir - VİDEO

Bakıda tullantılar çeşidlənir - VİDEO

Artıq 3 ildən çoxdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı layihə həyata keçirir. pilot layihə kimi Nərimanov rayonunda başlanan layihə keçən ildən mərhələli şəkildə daha 3 rayonu – Nizami, Nəsimi və Yasamal rayonlarını da əhatə edib.

Layihənin tətbiqinin monitorinqi məqsədi ilə bakıda olan Mott MacDonald şirkətinin nümayəndəsi Martin Saymon Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində layihənin rayonlar üzrə tətbiqinin nəticələrini araşdırıb. o qeyd edib ki, yaxın gələcəkdə daha bir neçə rayon bu layihəyə qoşulacaq.

Qeyd edək ki, bakıda məişət tulantılarının yığılması üçün 57 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb.

Mənbə: www.realtv.az