Rusiya - Ukrayna gərginliyi davam edərsə, Avropa bazarında mavi yanacağın qiyməti artacaq (VİDEO)

Rusiya - Ukrayna gərginliyi davam edərsə, Avropa bazarında mavi yanacağın qiyməti artacaq (VİDEO)

Bakı. Trend:

Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik bundan sonra da davam edərsə, bu, Avropa bazarında mavi yanacağın qiymətinin artımına səbəb olacaq. Problem təkcə bununla yekunlaşmayacaq.

Trend xəbər verir ki, bunu "Xəzər" TV-yə müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Rusiya OPEC-ə üzv olmasa da, OPEC+da aktiv ölkələrdən sayılır.

 

"Şimal qonşumuz ən çox neft istehsal edən ölkələrdən biri olduğu üçün qlobal neft-qaz bazarına ciddi təsir göstərir. Avropa Birliyinin qaza olan tələbatının 42 faizi məhz Rusiya tərəfindən ödənilir. Bu isə ciddi rəqəmdir", - deyə ekspert bildirib.

 

Mənbə: az.trend.az