Rusiyalı alim insanları "Omikron"dan qorunmaq üçün buster doza ilə peyvəndlənməyə çağırıb

Rusiyalı alim insanları "Omikron"dan qorunmaq üçün buster doza ilə peyvəndlənməyə çağırıb

Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının rəhbəri Sergey Netesov insanları buster doza ilə peyvəndlənməyə çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə yerli mediaya müsahibəsində deyib.

Rusiyalı alim həmçinin "omikron" ştamının sürətlə yayılmasının səbəbini açıqlayıb. Həkimin sözlərinə görə, virusun sürətlə yayılmasının səbəbi onun yüksək yoluxduruculuğu və peyvəndin təsirinin tədricən azalmasıdır.

Sergey Netesov bildirib ki, xüsusilə sonuncu vaksini 6 ay əvvəl vurdurmuş şəxslər üçün təhlükə daha çoxdur.

"İnsanlar hansısa möcüzənin onlara kömək olacağını düşünürlər. Əslində isə peyvənddən başqa çıxış yolu yoxdur. Unutmayaq ki, vaksin olunmayanlar xəstəliyi daha ağır keçirir”, – S.Netesov bildirib.

Mənbə: report.az