Azərbaycan və İranın nəqliyyat imkanları iki ölkənin gəlirlərini artıracaq - Keçmiş səfir

Azərbaycan və İranın nəqliyyat sektorundakı imkanları iki ölkənin gəlirlərini artıracaq.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, İran və Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində yerləşən əsas ölkələrdir:

“Astaraçay üzərində yeni körpünün inşa olunması, Rəşt-Astara dəmiryolunun tikilməsi, Astarada dəmiryol terminalının inşasının başa çatdırılması, Naxçıvan-Məşhəd sərnişin qatarının fəaliyyətinin bərpa olunması, yol və nəqliyyat əməkdaşlıqlarının artırılması, Fars körfəzi – Qara dəniz marşrutunun yaradılması, dəniz əməkdaşlıqları iki ölkənin gəlirlərini artıra biləcək nüanslardır”, – deyə o qeyd edib.

 

M.Pakayin bildirib ki, xüsusilə 35 km uzunluğunda Rəşt-Ənzəli dəmiryolu tikilərək istifadəyə verilərsə, İran, Azərbaycan, Rusiya və Xəzəryanı ölkələr arasında dəniz yükdaşımaları artacaq.

Keçmiş səfir deyib ki, bir sözlə Azərbaycan və İranın potensialları iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əsaslı rol oynaya bilər.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Şeyxin səlahiyyəti niyə məhdudlaşdırılır? - Açıqlama

SONRAKI XƏBƏR

Belarus sanksiyalara qarşı ərzaq embarqosunu genişləndirib