Tərtər rayonunda seminar keçirilmişdir- Özünüməşğulluq proqramının təşviqi ilə bağlı

Tərtər rayonunda seminar keçirilmişdir- Özünüməşğulluq proqramının təşviqi ilə bağlı

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-larına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən "Özünüməşğulluq- sosial yardim asılılığından kiçik sahibkarlığa doğru mövzusunda seminarların keçirilməsi” layihəsi çərçivəsində 10 iyul 2019- cu ildə Tərtər rayonunda "Özünüməşğulluq-sosial yardım asılılığından kiçik sahibkarlığa doğrusı” mövzusunda seminar keçirilmişdir.

Yeni Azərbaycan Partiyasının Tərtər rayon şöbəsinin konfrans zalında baş tutan tədbiri giriş sözü ilə Layihə rəhbəri Nəzakət Balabəyova açaraq, həyata keçirilən layihənin məqsədi, həyata keçiriləcək fəaliyyətlər haqqında məlumat vermiş və bu tədbirlərin həmçinin "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəflərinə nail olunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi istiqamətində təşəbbüslərdən olduğunu diqqətə çatdırmışdır.

Layihənin eksperti Zaur Quliyev öznüməşğulluq proqramının əhəmiyyəti, proqrama müraciət qaydaları və əhatə dairəsi, proqramdan istifadə üçün üstün hüquqa malik əhali kateqoriyası və proqramın iqtisadi əhəmiyyəti barədə statistik və analitik göstəriciləri özündə əks etdirən təqdimatla çıxış etmişdir.

Tədbirdə iştirak edən Tərtər rayon İcra hakimiyyətinin əməkdaşı Elvin Umudov, Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev çıxışında ilk öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə bir əhəmiyyətli layihəni dəstəklədikləri üçün öz təşəkkürünü bildirib və özünüməşğulluq proqramının aktiv əmək bazarı proqramı olaraq, mikro və kiçik sahibkarlığın inkişafında mühüm rol oynadığını və sosial yardım asılılığından kiçik sahibkarlığın inkişafına doğru atılmış mütərəqqi addım olduğunu qeyd etmişlər.

Tədbir özünüməşğulluq proqramından faydalanaraq, öz kiçik bizneslərini quraraq inkişaf etdirən proqram iştirakçılarının uğur hekayələrini iştirakçılarla qarşılıqlı diskussiya şəklində müzakirələri ilə davam etmiş və cay süfrəsi ətrafında iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. İştirakçılara layihə çərçivəsinə çap olunmuş bukletlər və dəftərxana ləvazimatları da paylanılmışdır

Qeyd edək ki, layihənin əsas məqsədi regionlarda əlil, şəhid, məcburi köçkün, aztəminatlı ailələlərin, işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlara sahib olmaları, onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə dəstək göstərilməsi təşkil edir.

Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyinin İnformasiya departamenti

Mənbə: miq.az