Azərbaycan və Böyük Britaniya qazın ötürülməsində hidrogenin təbii qaz ilə mümkün qarışdırılması (müxtəlif qarışdırma variantları ilə) sahəsində bilik mübadiləsinin aparılması məsələsini razılaşdırıblar.
Bu barədə Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokoluna istinadən xəbər verir.
Sənədə əsasən, tərəflər hidrogenin mövcud qaz kəmərləri ilə nəqlində bilik mübadiləsinin aparılması məsələsini də razılaşdırıblar.
Qeyd edək ki, dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.
İclasın sonunda Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekununa dair Protokol imzalanıb. Komissiyanın 7-ci iclasının 2024-cü ildə London şəhərində keçirilməsi razılaşdırılıb.
Mənbə: apa.az