Türkiyənin Aralıqda qazma işləri aparmasının səbəbi bəlli oldu

Türkiyənin Aralıqda qazma işləri aparmasının səbəbi bəlli oldu

Yunanıstan mətbuatında yer alan "Türkiyə Kiprdə qaz tapdı" iddiası qismən təsdiqlənib.

Axar.az Avropa.info-ya istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətindən olan yüksək səviyyəli diplomatik mənbə "Türkiyənin bir şeylər tapdığı doğrudur" deyib.

Ankara ilə Brüssel arasında Kipr məsələsində yaşanan gərginliyin yüksəldiyi bir dövrdə Türkiyəyə məxsus qazma gəmilərinin Şərqi Aralıq dənizində qaz ehtiyatı kəşf etdiyi iddiası ortaya atılıb. İlk olaraq, yunan mətbuatı tərəfindən ortaya atılan iddianı Şimali Kipr mediasına danışan adı çəkilməyən rəsmilərdən biri dolayı olaraq xəbəri təsdiqləyib.

İddianı ilk olaraq ortaya atan yunan qəzeti "Fileleftheros" Türkiyənin "Fateh" qazma gəmisinin 170 milyard kubmetr qaz ehtiyatı kəşf etdiyini yazmışdı. Şimali Kipr mətbuatında bu gün sözügedən iddianın doğru ola biləcəyi haqda məlumatlar yayılıb.

"Kipr Postası" qəzetinə danışan yüksək səviyyəli diplomatik mənbə ilkin informasiyalara görə bu məlumatların doğru ola biləcəyini deyib. "Türkiyənin bir şeylər tapdığı doğrudur" deyən yüksək səviyyəli səlahiyyətli bu barədə rəsmi açıqlamanın Türkiyədən veriləcəyini əlavə edib. Səlahiyyətli Şimali Kiprin Türkiyəyə kəşfiyyat qazıntı işlərində lisenziya verdiyini də bildirib.

 

Mənbə: axar.az