Bakı Metropoliteni: Xanım maşinistlərə hər hansı güzəşt yoxdur

Bakı Metropoliteni: Xanım maşinistlərə hər hansı güzəşt yoxdur

Hazırda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində bir qadın maçşinist çalışır. Lakin metropolitendə qadın maşinistlərə hansısa güzəşt yoxdur. Qadın maşinistlər kişi maşinistlərlə bərabər hüquqlara malikdirlər.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən “APA-Economics”in sorğusuna cavab olaraq deyilib. Qeyd olunub ki, qadın maşinistlər tam bərabərhüquqlu əmək fəaliyyətinə malikdirlər.

“Qadın maşinistin əmək haqqı min manatdan yuxarıdır. Təcrübə və iş normasına əsasən bu məbləğ daha da yüksək ola bilər. Qanunvericilik və kollektiv müqaviləyə uyğun nəzərdə tutulmuş imtiyazlar və s. tətbiq olunur”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də maşinistlər 3 növbəli iş rejimində çalışırlar. Səhər 05:00-da işə çıxan maşinistlər 4 saat işləyirlər.

Mənbə: apa.az