GÜRCÜSTAN RUSİYA İQTİSADİYYATINDAN NƏ QƏDƏR ASILIDR?

GÜRCÜSTAN RUSİYA İQTİSADİYYATINDAN NƏ QƏDƏR ASILIDR?

Ötən il Rusiyaya 437 milyon dollar məbləğində məhsul ixrac edilib. Bu da ümumi ixrac həcminin 13%-ni, ÜDM-in isə 2,7%-ni təşkil edir. Gürcüstanın Rusiyaya ixrac etdiyi əsas məhsullar ferroərintilərdir (128 milyon dollar). Ardınca şərab (115 milyon dollar), su (50 milyon dollar), spirtli içkilər (21 milyon dollar) gəlir. “Qruziya Online” portalı redaksiya məqaləsində statistik məlumatları təhlil edir.

Cari ilin yanvar-may dövründə rus ixracı 28% artıb və ümumi ixrac həcminin 15%-ni təşkil edib. Konkret şərabın ixracı 13% artıb.

Ən pis halda, ixracın dayandırılmasından Gürcüstanın itkiləri 300 milyon dollar məbləğində qiymətləndirilir. Hərçənd bu zaman nəzərə almaq lazımdır ki, 2006-2008-ci illərdə belə Gürcüstandan ixrac tamamilə dayandırılmamışdı.

Ötən il 1,4 milyon rus turist Gürcüstana səfər edib. Bu da ümumi turist axınının 16,2%-ni təşkil edib. Cari ilin 5 aylıq nəticələrinə əsasən Rusiyadan olan turistlərin sayı 31% artıb. Ümumi turist sayında onların payına 20% düşüb.

Turizm administrasiyasının hesablamalarına əsasən, ötən il bu sahədə rusiyalı turistlərdən gələn gəlir 700 milyon dollara bərabər olub.

Onların 70%-i Gürcüstana quru, 29%-i hava, 1%-i isə dəniz yolu ilə gəlib.

Turist axını tamamilə dayandırılsa – ki, bunun da baş verəcəyi az ehtimal edilir - 2019-cu ilin ikinci yarısında turizm biznesinin itkisi 400 milyon dollar təşkil edəcək.

Ötən il Rusiyadan Gürcüstana 457 milyon dollar göndərilib. Bu, kifayət qədər böyük rəqəmdir. Lakin pul köçürmələrində Rusiyanın payı aşağı düşür. 10 il əvvəl bu göstərici 60% olduğu halda, indi 45%-ə enib.

Yekun vurmadan öncə qeyd etmək lazımdır ki, Rusiyada iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsindən dolayı 2014-cü ildə Gürcüstandan bu ölkəyə ixrac 41% (112 milyon dollar), pul köçürmələri isə 46% (396 milyon dollar) azalıb. Bu da milli valyutanın məzənnəsinə mənfi təsir göstərib. Ancaq iqtisadi artım dayanmayıb və 2015-ci ildə 4,8% təşkil edib.

Sərt sanksiyalar həyata keçirilsə, Gürcüstanın cari ildə ixrac və turizm sahələrində itkisi 700 milyon dollara çatacaq. Amma verilmiş mərhələdə sərt tədbirlər gözlənilmir. Çünki onları praktiki olaraq həyata keçirmək çətindir.

Daha yumşaq ssenaridə itkilər 300 milyon dollar təşkil edə bilər. Bu da az deyil. Lakin 2%-dir. Və vəziyyətin bütün ağırlığına baxmayaraq, faciəvi variant hesab edilmir.

Mənbə: www.xpressa.net