“Tide”, “Oral-B”, “Gillette”, “Pampers” və s. şirkətlərə sahib olan “Procter & Gamble” (P&G) şirkəti sanksiyalara görə Rusiya bazarından çıxa biləcəyini açıqlayıb.
Bu barədə “Reuters” şirkət nümayəndələrinə istinadən xəbər verib.
Bildirilir ki, “P&G” sanksiyalar, maliyyə institutlarına qoyulan məhdudiyyətlər, təchizat zəncirindəki problemlər və pul nəzarəti səbəbindən Rusiyada fəaliyyətini davam etdirə bilməyəcək.
ABŞ şirkətindən əlavə edilib ki, Rusiyanın Ukraynada apardığı müharibənin necə inkişaf edəcəyi, onun müddəti və yekun həlli ilə bağlı qeyri-müəyyənlik var.
Xatırladaq ki, martın əvvəlində “P&G”nin Rusiya Federasiyasında artıq kapital qoyuluşları həyata keçirməyəcəyi və reklam fəaliyyətini dayandırdığı bildirilmişdi.
Mənbə: www.oxu.az