Məşhur aviaşirkət “Bitcoin”i ödəniş kimi qəbul etməyə başlayacaq

Məşhur aviaşirkət “Bitcoin”i ödəniş kimi qəbul etməyə başlayacaq<span class="qirmizi"></span>

BƏƏ-nin “Emirates” aviaşirkəti öz xidmətlərini “Bitcoin”lə ödəməyi mümkün etməyi planlaşdırır.

Bu barədə şirkətin baş əməliyyat direktoru Adel Əhməd Ər-Redha xəbər verib.

“Emirates” tezliklə “Bitcoin”i ödəniş kimi qəbul etməyə başlayacaq”, - deyə o bildirib.

Bundan əlavə, aviaşirkət veb-saytına özünün NFT tokenlərini əlavə edəcək.

Ər-Redha bildirib ki, aviaşirkətin müştərilərin ehtiyaclarını izləyən proqramların yaradılmasına kömək etmək üçün əlavə işçilərə ehtiyacı ola bilər.

O, aviaşirkətin “Bitcoin” ödəniş xidmətini nə vaxt işə salmağı planlaşdırdığını dəqiqləşdirməyib.

Mənbə: RİA Novosti

Mənbə: www.oxu.az