Qazaxıstan şəkər ixracına qadağa qoydu

Qazaxıstan şəkər ixracına qadağa qoydu<span class="qirmizi"></span>

Qazaxıstan 6 ay müddətinə Qazaxıstan sərhədlərindən ağ şəkər və qamış şəkərinin çıxarılması qadağan edib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
İmzalanan fərman mayın 23-dən qüvvəyə minir.

Qazaxıstan Kənd Təsərrüfatı Naziri Yerbol Karaşukeyev daha əvvəl ölkənin şəkər idxalını 32 faizə endirməyi planlaşdırdıqlarını, beləliklə də daxili bazarda şəkərə olan ehtiyacın ödənilməsi nisbətini 7 faizdən 43 faizə qaldırdıqlarını bildirib.

Mənbə: olke.az