Azərbaycandan Rusiyaya necə getmək olar? - Mümkün variantlar

Azərbaycandan Rusiyaya necə getmək olar? - Mümkün variantlar<span class="qirmizi"></span>

Azərbaycan Hava Yolları və Buta Airways mart ayının -dən etibarən Rusiyaya bütün uçuşları dayandırıblar. Hazırda Rusiya ilə Azərbaycan arasında hava əlaqəsini yalnız Rusiya aviaşirkətləri təmin edir. İki ölkə arasında quru sərhədlər hələ də bağlı olduğu üçün bütün güc elə hava yoluna düşür. Hazırda Rusiyanın Moskva, Mineralnıe Vodı, Surqut, Tümen, Soçi, Novosibirsk şəhərlərindən Azərbaycana birbaşa reyslər var. Həmişə olduğu kimi ən çox reyslər Moskva şəhərinin aeroportlarındandır. Beləliklə aviaşirkətləri və uçduqları istiqaməti əlavə edirik.

İraero:

Moskva (Domodedova)-Bakı-Moskva Novosibirsk-Bakı-Novosibirsk Moskva (Domodedova)-Lənkəran-Moskva

Utair:

Moskva (Vnukovo)-Bakı-Moskva Tümen-Bakı-Tümen Surqut-Bakı- Surqut Moskva (Vnukovo)-Gəncə-Moskva Moskva (Vnukovo)-Naxçıvan-Moskva

Azimuth Airlines:

Mineralnıe Vodı-Bakı- Mineralnıe Vodı Soçi-Bakı-Soçi

Rossiya Hava Yolları:

Moskva (Şeremetyevo)-Bakı-Moskva

May ayı üçün Bakı-Moskva marşrutu ilə ən ucuz bileti 627 manata Utair təklif edir. Bu bilet mayın sonu üçün nəzərdə tutulub. Daha yaxın tarixlərdə Moskvaya getmək istəsəniz 1500 manata kimi xərcləməli olacaqsınız. Biletlərin belə baha olmağına səbəb tələbatın həcminə uyğun təklifin verilməməsidir. Nəticədə qiymətlər azı 5-6 dəfə qalxıb. Birbaşa uçuşlara alternativ kimi Belavia ilə Minsk üzərindən, THY ilə isə İstanbul üzərindən uça bilərsiniz. Bu zaman da qiymətlər 450 dollardan başlayacaq.

Mənbə: news.milli.az