Rusiya və İran neft-qaz avadanlığı zavodu aça bilər

"Rusiya və İran şirkətləri neft-qaz avadanlığının istehsalı ilə məşğul olacaq birgə zavod təsis edə və gələcəkdə məhsul ixracı həyata keçirə bilər".

“Report” xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Calali “RİA Novosti”yə müsahibəsində bildirib.

“Biz, Rusiya şirkətlərinin hasilat, neft yataqlarının işlənməsi, avadanlıq hazırlanması və texnologiyaların ötürülməsi potensialından və imkanlarından faydalana bilərik. Bundan başqa, iki ölkə şirkətləri İranda birgə zavod aça, istehsal edilən məhsulun bir hissəsini ixrac edə bilər”, - səfir deyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

20 Yanvar ərazisində sərnişindaşıma özbaşınalığı - FOTO

SONRAKI XƏBƏR

Anası azərbaycanlı aktrisaya lüks avtomobil hədiyyə etdi - VİDEO