Cavid Qurbanov bu işçilərin maaşından 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

Cavid Qurbanov bu işçilərin maaşından 150 manat KƏSİR - <span class="qirmizi">Onlar ETİRAZA QALXDI</span>

“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.

Qazet.az unikal-a istinadən xəbər verir ki, Bələdçilər ehtiyatı idarəsinin rəisi  İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.

Bildirib ki, növbəti aydan onların əmək haqlarının  1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb  ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq. 

Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər.  “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib. 

Mənbə: qazet.az