“Joğovurd”: Ermənistanda kənd təsərrüfatı tənəzzülə uğrayır

“Joğovurd”: <span class="qirmizi">Ermənistanda kənd təsərrüfatı tənəzzülə uğrayır</span>

Ermənistanda kənd təsərrüfatı tənəzzülə uğrayır.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistanda kənd təsərrüfatı məhsullarının istehsalı bu ilin 3 ayının yekunlarına görə 5,4 faiz azalaraq 79 milyard 94 milyon 100 min dram təşkil edib.

“Bundan başqa, əsas azalma bitkiçilik və heyvandarlıq sahələrində də qeydə alınıb. Bu ilin ilk üç ayında ölkəmizdə kənd təsərrüfatının və balıqçılığın ümumi məhsulu 98 milyard 359 milyon 500 min dram təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz azdır. Rəsmi olaraq bitkiçilik məhsullarının həcmi 8 milyard 106 milyon 800 min dram təşkil edib. Bu, ötən illə müqayisədə 24,4% azdır. Heyvandarlıq sektorunda dövriyyə 70 milyard 987 milyon 300 min dram təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1% azdır”, - deyə nəşr bildirib.
 

Mənbə: ordu.az