Azərbaycandan Gürcüstana pul köçürmələri 31 % azalıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 31 % azalıb<span class="qirmizi"></span>

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 19 milyon ABŞ dolları pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata görə, bu, ötən iln eyni dövrü ilə müqayisədə 31,4 % azalıb.

Hesabat dövründə ən çox pul köçürmələri 5 milyon ABŞ dolları olmaqla aprel ayının payına düşüb.

4 ay ərzində Gürcüstandan Azərbaycana pul köçürmələri isə 6,7 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 21,8 % çoxdur.

Mənbə: report.az