Şəkidə bu günədək 838 hektar sahəyə tütün şitilləri köçürülüb

Şəkidə bu günədək 838 hektar sahəyə tütün şitilləri köçürülüb<span class="qirmizi"></span>

 

Şəki, 16 may, Mustafa Dadaşov, AZƏRTAC

Cari təsərrüfat ilində Şəki rayonunda 1250 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Şəkili fermerlər bu il 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə digər növ tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkini davam etdirilir. Fermerlər indiyədək 662 hektarı “Virciniya botaniki”, 176 hektarı yerli sortlar olmaqla, ümumilikdə, 838 hektar sahəyə tütün şitilləri köçürüblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsinə 1300-dək işçi cəlb olunub.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1241 hektar sahədən 4150 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 310 ton artıb.

 

Mənbə: azertag.az