Beynəlxalq daşımalarda yeni qayda - VİDEO

Beynəlxalq daşımalarda yeni qayda - VİDEO<span class="qirmizi"></span>

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcılar arasında “İcazə” blanklarının bölgüsü təkmilləşdiriliB. statistik məlumat bazası, həmçinin təqib sistemi yaradılıb.

“İcazə” blanklarının bölüşdürülməsi prosesində ictimai iştirakçılıq təmin edilir. Defisit “İcazə” blanklarının bölgüsü daşıyıcıların bazar payına əsasən aparılır. Defisit olmayan icazələrin bölgüsü isə daşıyıcıların yük avtomobillərinin sayına görə həyata keçirilir. Hər bir bölgünün nəticəsi ictimailəşdirilir.

Məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, azad rəqabətin təmin olunması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şərait yaradılması və inhisarçılığın qarşısının alınmasıdır. Hazırda “İcazə” blanklarının bölgüsünü daşıyıcıların sahə birliyi olan Azərbaycan Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə yaradılmış Xüsusi Komissiya həyata keçirir.

“İcazə” blanklarının bölgüsünün daha da təkmilləşdirilməsi üçün müvafiq proqram təminatının hazırlanması, proseslərin tam avtomatlaşdırılması istiqamətində işlər həyata keçirilir. Proqram təminatı daşıyıcıların “İcazə” blanklarına çıxışını sadələşdirəcək, ondan səmərəli istifadənin təmin edilməsi üçün effektiv, dayanıqlı və etibarlı idarəetmə sisteminin formalaşmasına imkan verəcək. “İcazə” blanklarının bölgüsü prosesinin təkmilləşdirilməsi azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcı və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına şərait yaradır.Qeyd edək ki, “İcazə” blankları – sayı ölkələr arasında danışıqlar və razılığa əsasən müəyyən olunan, beynəlxalq yük daşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.

 

Mənbə: www.realtv.az