İrandan Türkiyə limanlarına gətirilən yüklərin həcmi açıqlanıb

İrandan Türkiyə limanlarına gətirilən yüklərin həcmi açıqlanıb<span class="qirmizi"></span>

Bakı. Trend:

2022-ci ilin yanvar-aprel ayında İrandan Türkiyə limanlarınagətirilən yüklərin həcmi 48,519 ton təşkil edib.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yanvar-aprel aylarında İran bayrağıaltında üzən gəmilərlə Türkiyə limanlarından aşırılan yüklərinhəcmi 3,518 ton, müxtəlif ölkələrin bayraqları altında üzən İrangəmiləri ilə isə 45,001 ton təşkil edib.

Nazirlikdən qeyd ediblər ki, 2022-ci ilin yanvar-aprel ayındaİrandan Türkiyə limanları vasitəsilə başqa ölkələrə tranzit yükgöndərilməyib.

 

“Bu ilin aprel ayında Türkiyə limanları 32 060,961 milyon tonyük qəbul edib. Bu yüklərin 2 091,276 milyon tonu Türkiyə bayrağıaltında üzən gəmilərlə, 29 969,685 tonu isə əcnəbi bayraqlıgəmilərlə qəbul edilib. Aprel ayında Türkiyə limanlarından 7197,777 milyon ton tranzit yük aşırılıb”, -deyə nazirlikdənbildiriblər.

Qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında Türkiyə limanları130 875,205 milyon ton yük qəbul edib. Bu yüklərin 6 059,121 milyontonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 121 816,084 milyontonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib. Yanvar-aprelayında Türkiyə limanlarından 28 milyon ton tranzit yük aşırılıb”, -deyə nazirlikdən qeyd ediblər.

Məlumat üçün bildirək ki, keçən il Türkiyə limanları 386 396,718milyon ton yük qəbul edib.

Mənbə: az.trend.az