Rusiyanı tərk edən dünya şirkətlərinin sayı artmaqda davam edir

Rusiyanı tərk edən dünya şirkətlərinin sayı artmaqda davam edir<span class="qirmizi"></span>

Rusiyaya qarşı beynəlxalq sanksiyalara qatılaraq ölkəni tərk edən şirkətlərin sayı artır.

Ukraynada başlanan müharibə səbəbiylə dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi halına gələn Rusiyada ticarət fəaliyyətini dayandıran şirkətlərin sayı sürətlə artmağa davam edir.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların sayı 10 mini keçib.

Fransanın Renault şirkətinin Rusiyadakı aktivləri dövlətə keçib. Renault ilkin olaraq sanksiyalara görə Rusiyadakı fabrikində istehsalı dayandırmaq qərarına gəldiyini və əksər səhmlərə sahib olduğu Rusiyanın ən böyük avtomobil istehsalçısı Avtovaz üçün variantları nəzərdən keçirdiyini açıqlayıb.

Press.az

Mənbə: press.az