KİV: ABŞ Venesuelaya qarşı iqtisadi sanksiyaları yumşaltmaq niyyətindədir

Ağ Ev Venesuelaya qarşı iqtisadi sanksiyaları yumşaltmağı, xüsusən də Amerikanın Chevron şirkətinin ölkədə işləmək üçün lisenziyasının uzadılmasına icazə verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən Associated Press məlumat yayıb.

ABŞ hakimiyyəti bundan əvvəl Venesuela dövlət neft şirkəti PDVSA-nın vitse-prezidenti vəzifəsində çalışmış Karlos Erik Malpika-Floresə qarşı fərdi sanksiyaları da ləğv etməyi planlaşdırır.

Agentliyin iddiasına görə, bu tədbirlər prezident Nikolas Maduro ilə Venesuela müxalifəti arasında danışıqları asanlaşdırmaq məqsədi daşıyır.

Bununla belə, Chevron Latın Amerikası ölkəsindən neft çıxarmaq və ixrac etmək hüququnu almayacaq. Eyni zamanda, Amerika şirkəti PDVSA ilə bir neçə birgə müəssisədədir və Venesuelada Amerikanın ən böyük özəl təşkilatı olaraq qalır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ağ Evin yeni mətbuat katibi: “Mən qaradərili, lezbiyan və immiqrantam” - FOTO/VİDEO

SONRAKI XƏBƏR

Kiyevin yeni taktikası: "Javelin" və snayperli əməliyyat - VİDEO