2022-ci ildə Rusiyada işsizlik 6,7%-ə yüksələcək. 2021-ci ildəki duruma qayıdış isə 2025-ci ildə gözlənilir. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın 2023-cü ildə sosial-iqtisadi inkişafı ssenarisinin və 2024-25-ci illərin planlaşdırma dövrünün əsas parametrlərində öz əksini tapıb. Sənəd hökumətə təqdim olunub.
Qeyd edilir ki, bu il orta hesabla 6,8%-ə çatacaq işsizlik səviyyəsi 2010-cu ildən bu yana ən yüksək göstərici ola bilər. O zaman bu rəqəm 7,3% idi.
Rusiya İqtisadi İnkişaf Nazirliyin məlumatına görə, 2023-cü ildə işsizlik 6,6%-ə, 2024-cü ildə 5,4%-ə, 2025-ci ildə 4,5%-ə düşəcək.