Orxan Məmmədov: “Qadınların sahibkarlıq sahəsində inkişafına dəstək vermək bizim üçün önəmlidir”

Orxan Məmmədov: “Qadınların sahibkarlıq sahəsində inkişafına dəstək vermək bizim üçün önəmlidir”<span class="qirmizi"></span>

 

“İşğaldan azad edilən ərazilərimizdə bir sıra infrastruktur layihələri icra olunub. Sahibkarlardan bizə Qarabağla bağlı 1500-ə yaxın müraciət daxil olub”.

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən “SHE 2022” konqresində çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə bir sıra infrastruktur layihələri icra olunub:

“Layihələr həyata keçirildikcə biz bu barədə məlumat verəcəyik. Çünki qadınların sahibkarlıq sahəsində inkişafına dəstək vermək bizim üçün önəmlidir”.

O.Məmmədov qaçqın və məcburi köçkün xanımların işlə təmin olunması və sahibkarlıq sahəsinə cəlb olunması ilə bağlı da bir sıra layihələr həyata keçirildiyini qeyd edib.

Könül Cəfərli

Mənbə: www.oxu.az