Rusiyadan defolt açıqlaması

Rusiyanın maliyyə naziri Anton Siluanov Rusiya iqtisadiyyatı ilə bağlı açıqlama verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Siluanov Rusiyanın sanksiyalarla ilk şokdan çıxdığını bildirib:

“Bəli, iqtisadiyyatımız geriləyəcək. İqtisadiyyatın bütün bu məhdudiyyətlərə reaksiya verməməsi mümkün deyildi. Ancaq dəstək tədbirləri görməsəydik, azalma daha ağır olacaqdı. Düşünürük ki, ilkin sarsıntıdan çıxmışıq, lakin onlar hələ də əlavə sanksiyalar paketi hazırlayırlar. Bununla belə, ağlabatan büdcə və fiskal siyasətlə biz əlavə sanksiyalara müqavimət göstərəcəyik və maliyyə müstəqilliyimizi qoruyacağıq. Divar çəkib özümüzü içəri bağlamayacağıq. Defolt elan etməyəcəyik, pulumuz var. Əgər Qərb sistemləri üzümüzə qapalı olsa, biz xaricilərə son çarə olaraq rublla ödəniş edəcəyik”.
 

 

Manset.az

ƏVVƏLKİ XƏBƏR

AFFA və "Sumqayıt"dan CAS-a şikayət - 4 aylıq maaşını ala bilmir

SONRAKI XƏBƏR

Azərbaycanda şok hadisə - Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü