Cəlilabadda qeyri-ərzaq mallarının satışı 23,3 faiz artıb

Cəlilabadda qeyri-ərzaq mallarının satışı 23,3 faiz artıb<span class="qirmizi"></span>

 

Cəlilabad, 18 may, AZƏRTAC

Bu ilin birinci rübündə Cəlilabad rayonunda pandemiyanın təsirlərinin azalması ilə əlaqədar əmtəə dövriyyəsində artım müşahidə olunub. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,2 faiz artaraq 118518,8 min manat təşkil edib.

Bu barədə AZƏRTAC-a Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə topdansatış əmtəə dövriyyəsi 3291,0 min manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,4 faiz artım deməkdir.

Yanvar-mart aylarında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 69122,6 min manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49396,2 min manatını isə qeyri-ərzaq malları təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı 12,5 faiz azalıb, qeyri-ərzaq mallarının satışı isə 23,3 faiz artıb.

Bu ilin birinci rübündə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bazar və yarmarkalarda istehlak məhsullarının və hüquqi şəxslər üzrə istehlak bazarının satışında, həmçinin hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət şəbəkələrindəki satışlarda artım müşahidə olunub.

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 118488,6 min manat və ya 99,97 faiz, dövlət müəssisələrinin payı isə 30,2 min manat və ya 0,03 faiz təşkil edib.

 

Mənbə: azertag.az