Ərəblər oyunlar istehsal edən şirkətdən də pay aldılar

Ərəblər oyunlar istehsal edən şirkətdən də pay aldılar<span class="qirmizi"></span>

Səudiyyə Ərəbistanının suveren fondu olan İctimai İnvestisiya Fondu (PİF) oyun konsollarının istehsalı və video oyunların hazırlanması üzrə ixtisaslaşan Yaponiyanın "Nintendo" şirkətində 5%-lik pay alıb.

Marja.az xəbər verir ki, bu barədə çərşənbə günü Bloomberg xəbər agentliyi məlumat yayıb.

Müqavilə Səudiyyə fondunu "Nintendo"nun beşinci ən böyük səhmdarı edir. Agentliyin məlumatına görə, alış investisiya məqsədi ilə həyata keçirilib.

"Toyo Securities"in analitiki Hideki Yasudanın sözlərinə görə, "Səudiyyə Ərəbistanı öz video oyun sənayesini qurmağa çalışır və Yapon oyun şirkətlərinə sərmayə yatırmaq çox güman ki, krallığa Yapon oyun tərtibatçılarından öyrənməyə kömək edəcək".

Qeyd olunur ki, PİF-in oyun sənayesinə investisiyaları həm də krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səud tərəfindən milli iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığın azaldılması məqsədilə həyata keçirilən strateji proqramın bir hissəsidir.

Agentliyin məlumatına görə, bu, PIF-in bu il Yaponiyada qeydiyyatdan keçmiş oyun şirkətlərinə üçüncü sərmayəsidir. Bundan əvvəl Səudiyyə fondu yapon oyun istehsalçısı və yayım şirkəti “Capcom”un və onlayn oyun tədarükçüsü “Nexon”un səhmlərini alıb. Hər iki studiyaya qoyulan ümumi investisiya bir milyard dollardan çox olub.

Bundan əlavə, PIF "Activision Blizzard", "Electronic Arts" və "Take-Two"da 3 milyard dollardan çox sərmayəyə sahibdir.

Mənbə: marja.az