Yeni cərimələr - 500 manatdan-2000 manatadək...

Yeni cərimələr -  500 manatdan-2000 manatadək...<span class="qirmizi"></span>

Azərbaycanda vətəndaşların qanunvericilik hüququnun pozulmasına görə cərimələr müəyyənləşir.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı "Vətəndaşların müraciətləri haqqında" qanuna dəyişiklik təklif olunur.

Qanuna yeni 179-cu maddə - Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması əlavə olunur.

Yeni maddəyə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasında hazırlanan və Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün dövlət orqanlarının, bələdiyyə qurumlarının va mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirak etməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

Mənbə: pravda.az