Rusiya və Türkiyədən lirə-rublla bağlı mühüm gedişat

Rusiya və Türkiyə milli valyuta ilə hesablaşmalara investisiya yatırmaq, onların dəyişkənliyi risklərini bərabərləşdirmək və lazımi likvidliyi təmin etmək üçün müzakirələr aparıb.

Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

“Söhbət milli valyutanın, o cümlədən lirənin və rublun dəyişkənliyi risklərini bərabərləşdirməyə və lazımi likvidlik həcmlərini yaratmağa imkan verən hesablaşma mexanizmlərinin yaradılmasından gedir. Çünki bu gün ticarətdə bərabərsizlik var. Biz daha çox ixrac edirik, müsbət ticarət saldomuz var, Türkiyə Cümhuriyyətində isə bu mənfidir”, - Novak qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Prezidenti: "Bizim çox az xarici borcumuz var"

SONRAKI XƏBƏR

Litva dövlət başçısı Azərbaycanın işgüzar dairələrini əməkdaşlığa çağırıb