"Azəriqaz"ın sakinlərdən qanunsuz TƏLƏBİ - FOTOFAKT

"Azəriqaz"ın sakinlərdən qanunsuz TƏLƏBİ - FOTOFAKT<span class="qirmizi"></span>


- "Azəriqaz" vətəndaşlardan qanunsuz tələbdə bulunub. DİA.AZ bildirir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşım etməkdədir.

Belə ki, qanunsuz tələbdə bulunan "Azəriqaz" yetkililəri vətəndaşlara ünvanladıqları müraciətdə bildirirlər:
"XƏBƏRDARLIQ: Hörmətli abonent, nəzərənizə çatdırırıq ki, mənzilinizdə təbii qazın sərfinə görə (MEXANİKİ) qaz sayğacının şəklini çəkərək hər ayın 1-dən 5-nə qədər WhatsApp nömrəsinə göndərməyinizi Sizdən xahiş edirik. Əks təqdirdə əlavə xəbərdarlıq edilmədən mənzilinizin qaz təchizatı dayandırılacaq".
DİA.AZ bildirir ki, müraciət müəllifi olan "Azəriqaz" yetkililəri əlaqə nömrəsi də qoyublar: 077-284-27-57
Onu da bildirək ki, bu məsələyə münasibət bildirən ekspertlər "Azəriqaz"ın məlum tələbinin qanunsuz olduğunu qeyd edirlər.
Faktla bağlı bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...

Mənbə: teref.az