Rusiyada texniki defolt artıq gələr həftə baş verə bilər – “Röyter”

ABŞ Rusiya Mərkəzi Bankının 300 milyard dollar aktivlərinin həbsi üçün hüquqi səlahiyyətə malik deyil.

Bu barədə ABŞ maliyyə naziri Canet Yellen bəyan edib, xəbəri «Röyter» agentliyi yayıb.

Yellenin sözlərinə görə, böyük ehtimalla, Rusiya üçün ABŞ qiymətli kağızlarını saxlayanlara ödənişlərin həyata keçirilməsinə verilmiş xüsusi lisenziyanın vaxtı uzadılmayacaq.

Lisenziyanın fəaliyyət müddəti mayın 25-də başa çatır və elə həmin gün Rusiya qiymətli kağızlar üzrə ödəniş aparmalıdır. Əgər lisenziyanın geri çağırılması halında Rusiya ödənişi dollarla yox, rublla etməyə cəhd göstərsə bu, texniki defolta gətirə bilər.

Bəzi avropalı məmurlar Rusiya Mərkəzi Bankının sanksiyalarla dondurulmuş aktivlərinin həbsinə çağırırlar. Hazırda aktivlər xaricdə yerləşir, amma Rusiyanın mülkiyyəti olaraq qalır.

Amma Yellenin sözlərinə görə, bu, Amerikanın qanunları ilə toqquşur və digər ölkələrin Birləşmiş Ştatlarda saxlanan aktivləri üçün də presendent yarada bilər.

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Məşhur fotojurnalist Reza Deqati Şuşadan foto paylaşıb

SONRAKI XƏBƏR

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO