Azərbaycan bu il qızılın hər kiloqramında $27 min daha əlavə valyuta - ƏLDƏ EDİR

Azərbaycan 2022-ci ildə xaricə, daha dəqiq İsveçrəyə satdığı qızılın həcmini azaldıb.

FED.az Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ilin birinci rübündə Azərbaycan xaricə 505 kiloqramlıq, yaxud 16 222 toroya unsiya qızıl ixrac edib. Bu qızılın ixracında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 768 kq, yaxud 60% azdır.

İlin birinci rübündə 505 kq-lıq qızılın ixracında görə ölkəyə 30.85 mln. dollar gəlir daxil olub.

Azərbaycan 2022-ci ilin birinci rübündə qızılı xaricə hər kiloqramını 61 146 dollara satıb. Banker.az-ın hesablamaları göstərir ki, ölkə hesabat müddətində qızılı orta hesabla unsiyasını 1 901 ABŞ dollarına satıb.

Keçən ilin eyni dövründə ixrac edilmiş qızılın bir kiloqramı 33 967 dollar, və ya bir unsiyası isə 1 056 dollar təşkil edib.

Bununla da qızılın bahalaşmasından Azərbaycan hər kiloqramında 2021-ci illə müqayisədə 27 179 dollar daha çox gəlir əldə etmiş olur.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşdü

SONRAKI XƏBƏR

Çıxışı ilə diqqət mərkəzinə düşdü: “Çalışacaqsan, ya da ov olacaqsan!” - VİDEO