Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək<span class="qirmizi"></span>

İyunun 29-da Bakıda Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi planlaşdırılıb. Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının Baş katibi Zviad Çumburidze bildirib. Onun sözlərinə görə, tədbir iki ölkənin biznes ictimaiyyətləri arasında əməkdaşlığın gücləndirilməsi üçün yeni çox yaxşı imkan olacaq: "Biznes forumun təşkili prosesinə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Gürcüstanın Azərbaycandakı və Azərbaycanın Gürcüstandakı səfirlikləri fəal cəlb olunublar. Layihə barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi də məlumatlandırılıb. Ümid edirik ki, dövlətin və biznes dairələrinin birgə əməkdaşlığı çox müsbət addımlarla nəticələnəcək və faydalar gətirəcək". “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev "Report"a açıqlamasında biznes forumun keçirilməsinə dəstəyin göstərilməsinin nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, bu məsələ Avropa İttifaqı-Gürcüstan Biznes Şurası ilə bu gün imzalanacaq memorandumda da əksini tapıb.

Mənbə: report.az