Azərbaycana xaricdən gətirlən dizel mühərrikli avtomobillərin sayı - 30% ARTIB

Azərbaycan xaricdən idxal etdiyi dizel mühərrikli minik avtomobillərin həcmini 30% artırıb.

 

FED.az Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ilin birinci rübündə Azərbaycan xaricdən 4 919 ədəd dizel ilə işləyən minik avtomobil idxal edib. Bunların idxal dəyəri 26.87 mln. dollar olub.

İllik müqayisədə mühərrik həcmi 1 500 sm-kuba qədər olanların sayı 4% azalaraq 1 607 ədədə ( idxal dəyəri 5.76 mln. dollar), mühərrikinin həcmi 1500-2500 kub sm olanların sayı 59.4% artaraq 3213 ədəd ( 29.43 mln. dollar), mühərrikinin həcmi 2500 kub sm-dən çox olanların sayı isə 14% artaraq 99 ədəd (4.4 mln. dollar) olub.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə bir neçə nazir vəzifədən kənarlaşdırılacaq

SONRAKI XƏBƏR

Erməni siyasi xadim: “Radikalların məqsədi küçələrdə qan tökməkdir”