Rusiya Azərbaycan ərazisindən kömür ixracını nəzərdən keçirir

“Rusiya Dəmir Yolları” Azərbaycan ərazisindən kömürün nəqli imkanlarını nəzərdən keçirir.

“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, dəmir yolu operatoru infrastrukturun az yükləndiyi alternativ istiqamətlərdə məhsulların daşınmasının artırılmasının mümkünlüyü ilə bağlı ixracatçılara müraciət edib.
“Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi boyunca: Samur sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana, Azərbaycan ərazisi və ya Xəzər dənizi limanları vasitəsilə”, - şirkətdən bildirilib.
Kuzbass Kömür Sənayesi Nazirliyinin məlumatına görə, “Rusiya Dəmir Yolları”nın Kuzbass kömür sənayesi müəssisələrinin məhsulların ixracı ilə bağlı yaranan çətin vəziyyət nəticəsində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi anbarlarda kömürün artmasına, alıcılar tərəfindən cərimələrin tətbiqinə, təchizatda uzun müddətli azalma müşahidə olunarsa bazarlarının itirilməsinə səbəb ola bilər.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda mağazalardan 13 min manatdan çox telefon oğurlandı

SONRAKI XƏBƏR

Aleksandr Qavrutenko: “Rusiyanın geri çəkilməsi yalnız qaçmaq şəklində olacaq” - Kiyevdən MÜSAHİBƏ