Bu gün səhər saat 7:00-dan etibarən Rusiya qazının Finlandiyaya nəqli dayandırılıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, “Qazprom eksport" mayın 20-də enerji şirkəti olan “Gasum Oy”a bu ölkəyə təbii qazın nəqlinin mayın 21-i səhər saatlarında dayandırılacağı barədə məlumat veribmiş.
Finlandiyanın Məşğulluq və İqtisadiyyat Nazirliyinin məlumatına görə buna səbəb Helsinkinin qazın pulunu rublla ödəməyə razı olmamasıdır.
Tural Tağıyev