Azərbaycan neft ixracından gəlirlərini əhəmiyyətli dərəcədə artırıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 9,48 milyon ton xam neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azdır.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 4,353 milyard dollar məbləğində xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,5 dəfə çoxdur.

2022-ci ilin yanvar-aprel aylarında neft və neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 55,35 faiz təşkil edib.

(Tərcümə Orxan Nəbiyev)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyalı hərbi ekspertin dərsini verdilər...

SONRAKI XƏBƏR

III qrupa qəbul imtahanındakı test tapşırıqlarının düzgün cavabları açıqlanıb