Muxtar respublikada əhalinin sayı artıb

Muxtar respublikada əhalinin sayı artıb<span class="qirmizi"></span>

Naxçıvan, 21 may, AZƏRTAC

Dünyanın bir çox ölkəsində əhali sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əhalinin artımı davam edir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 aprel 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1397 nəfər artaraq 463 min 388 nəfər olub.

Mənbə: azertag.az